Avropada millimizdən də bərbad komanda varmı?

14 Oktyabr 2024 11:40 Milli komanda 2 026
Avropada millimizdən də bərbad komanda varmı?

UEFA Millətlər Liqasında 3-cü tur başa çatdı (D divizionunda 2-ci tur).

Məlum olduğu kimi, yarışda 54 milli komanda 4 divizion üzrə çıxış edir.

Azərbaycan C divizionunda mübarizə aparır.

ernandu Santuşun başçılıq etdiyi komanda 3 turdan sonra ən zəif nəticə göstərən - bir xal belə qazanmayan 8 komandadan biridir.

Lakin o da vurğunlamalıdır ki, həmin komandalardan 5-i üst divizionda yarışır və Azərbaycan milliisi üçün orada oynamaq yalnız xoş bir xəyaldır.

Məsələn, 0 xalı olan Şotlandiya millisi (A divizionu) Portuqaliya, Xorvatiya və Polşa ilə eyni qrupdadır. Yaxud bir xal toplaya bilməyən digər komanda - İsrailin düşdüyü qrupda İtaliya, Fransa və Belçika kimi komandalar var.

A divizionun xalı olmayan digər komanda isə İsveçrədir. Onlar isə İspaniya, Danimarka və Serbiya ilə eyni qrupda yer alıb.

B divizionunda isə 2 komanda xalsızdır. Bunlar Finlandiya (qrupda yarışdığı komandalar: Yunanıstan, İngiltərə, Şimali İrlandiya) və Monteneqrodur (qrupda yarışdığı komandalar: Türkiyə, Uels, İslandiya).

C divizionunda 2 komandanın xalı yoxdur: onlardan biri Azərbaycan millisi, digəri isə Litvadır.

Azərbaycan millisi İsveç, Slovakiya və Estoniya ilə görüşlərdə uduzub. Milli komandamızın Estoniyadan da xal ala bilməməsi haqlı təəccübə və azarkeşlərin etirazına səbəb olub.

Nəhayət, Millətlər Liqasının hazırkı mövsümündə bizim kimi xal üzünə həsrət qalan 8-ci komanda isə ən sonuncu - D divizionunda yarışan cırtdan Andorranın millisidir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!