İlk qolunu Azərbaycana vuran: “Özümü çox xoşbəxt hiss edirəm"

14 Oktyabr 2024 00:50 Milli komanda 1 137
İlk qolunu Azərbaycana vuran: “Özümü çox xoşbəxt hiss edirəm"

Estoniya millisinin hücumçusu İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Azərbaycan yığması üzərində Tallində qazandıqları qələbəni (3:1), eləcə də bu görüşdə vurduğu qolu şərh edib.

Sportinfo.az federasiyanın rəsmi saytına danışan forvard matç haqda bunları deyib:

"Mən çox xoşbəxtəm. Bu, mənim start heyətində ilk oyunum və ilk qolumdur.

Ailəmlə birlikdə bunu çoxdandır gözləyirdik. Qələbə qazanmağımız çox yaxşıdır. Özümü çox xoşbəxt hiss edirəm".

Estoniya – Azərbaycan (3:1) görüşündə ilk qolu məhz Yakovlev vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi