
"Açığı, artıq deməyə söz tapa bilmirəm".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Millətlər Liqasında Estoniya yığmasına məğlubiyyətini (1:3) şərh edərkən Saşa Yunisoğlu dilə gətirib.
Milli komandamızın veteran müdafiəçisi gələcəklə bağlı daha neqativ danışıb:
"Adam istəyir ki, millimizin oyununda hansısa pozitiv, ümidverici bir məqam tapsın. Amma nəticələr və göstərilən oyun futbolsevərləri məyus edir.
Millimiz oyunu yaxşı başlamışdı. Lakin oyun gedişində problemlər üzə çıxmağa başladı.
Hücumda çoxlu əlverişli epizodları qola çevirə bilməmək və müdafiədə buraxılan uşaq səhvləri neçənci oyundur ki neqativ nəticəyə gətirib çıxardır.
Səhvlərdən nəticə çıxarmasalar, bu turnirdə nəyəsə ümid edə bilmərik".
XANOĞLAN