Azərbaycan millisi Şimali İrlandiya önündə BİABIR OLDU!

12 Oktyabr 2024 19:56 Milli komanda 2 529
Azərbaycan millisi Şimali İrlandiya önündə BİABIR OLDU!

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ matçında məğlub olub.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Şimali İrlandiyanın qonağı olub.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:5.

9 görüşdə 10 xal toplayan Şimali İrlandiya 4-cü, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

F qrupunda 9 matç keçirən komandalardan Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikinci, Serbiya 13 xalla üçüncü, Lüksemburq 7 xalla dördüncü sıradadır.

Şimali İrlandiya U-21 - Azərbaycan U-21 5:0

Baş hakim: Heini Ziskason Vidoy, Dan Petur Pauli Hoyqaard, Yan Hermansen, Byarki Danielsen (Farer adaları)

"The Showgrounds" stadionu

Şimali İrlandiya: 1. Stefen MakMullan, 2. Karl Conston (k), 21. Ruairi MakKonvill, 4. Aron Donnelli, 3. Sin Stüart, 10. JJ MakKirnan, 14. Tommi Foqarti, 6. Jastin Devenni, 7. Çarli Allen, 8. Patrik Kelli, 8. Deyl Teylor

Baş məşqçi: Tommi Rayt

Azərbaycan: 1. Rüstəm Samiqullin, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov (k), 5. Mahir Həsənov, 3. Rüfət Abbasov, 13. Emil Səfərov, 14. Rauf Rüstəmli, 16. Qurban Səfərov, 10. Samir Abdullayev, 17. Murad Vəliyev, 9.Musa Qurbanlı

Baş məşqçi: Samir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi