SƏRT TƏNQİD: “Millilər “can” verir, AFFA rəhbərliyi adamların əsəbləriylə iynayır” - VİDEO

12 Oktyabr 2024 13:40 Milli komanda 3 136
SƏRT TƏNQİD: “Millilər “can” verir, AFFA rəhbərliyi adamların əsəbləriylə iynayır” - VİDEO

Çıxarın o formaları, kirlətməyin... rəzalət!

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti məğlubiyyətini alıb.

C Liqasında mübarizə aparan komanda səfərdə Estoniyaya 1:3 hesabı ilə uduzub. Bu biabırçı yenilğidən sonra hesabında xal olmayan milli öz qrupunda sonuncu pillədə qərarlaşıb. “

Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov bu durumu dəyərləndirib, AFFA rəhbərliyini kəskin şəkildə tənqid edib:

“Yəni, bu qədərmi acizik? Millinin oyun planından, taktikadan danışmaq yersizdir.

Probelmlərimiz daha dərindir. Bütün yaş qrupları üzrə millilər “can” verir.

Gələcəyə nikbin baxa bilmirik. Fernandu Santuş kimi mütəxəssislər ölkəmiz üçün tezdir.

Bizə elə bir sistem lazımdır ki, bütün yaş kateqoriyaları üzrə millilər eyni planda oynamalıdır.

AFFA rəhbərliyinə inamım getdikcə itir. Bəsdirin, futbol ictimaiyyətinin, azarkeşlərin əsəbləri ilə oynadız!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular