Saqqi Bakıda fit çalacaq

11 Oktyabr 2024 13:20 Milli komanda 1 818
Saqqi Bakıda fit çalacaq

Azərbaycan və Slovakiya yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçına norveçli hakimlər təyinat alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı FIFA referisi Rosit Saqqi idarə edəcək.

Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti