Estoniyanın neçə futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək?

11 Oktyabr 2024 12:40 Milli komanda 1 938
Estoniyanın neçə futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək?

Estoniya millisinin üç futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçında meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, bunlar müdafiəçi Artur Pikk, yarımmüdafiəçi Kevor Palumets və hücumçu Aleks Mattias Tammdır.

Meydan sahiblərinin baş məşqçisi Yurgen Henn sözügedən oyunçuları "23-lüy"ə daxil etməyib.

Bu gün Tallində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!