Azərbaycan millisi üçüncü yeri tuta bilmədi - Dünya çempionatında

11 Oktyabr 2024 08:50 Milli komanda 1 898
Azərbaycan millisi üçüncü yeri tuta bilmədi - Dünya çempionatında

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyunda məğlub olub.

Sportinfo.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi komanda Serbiyanın müvafiq yaş qrupundan ibarət yığmasına 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisi yarımfinalda Çexiyaya 3:4 hesabı ilə məğlub olub. Komanda 1/4 finalda İngiltərədən (3:0) güclü olub.

Qrupda isə Hindistanı16 cavabsız qolla üstələsə də, Serbiya (1:5) və Çexiyaya (0:2) boyun əyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!