Qurbanovun sabiq köməkçisi yığmada iş aldı

18 Sentyabr 2024 08:30 Milli komanda 1 173
Qurbanovun sabiq köməkçisi yığmada iş aldı

Azərbaycanın U-16 yığmasına yeni məşqçi təyin edilib.

Sportinfo.az xəbər verir ki, Elşən Poladov burada qapıçılarla işləyən məşqçi olacaq.

O, bu postda Faiq Əzizovu əvəzləyib.

Poladov karyerası ərzində “Şəfa”, “Xəzər”(Sumqayıt”), “Turan”, “İnter”(indiki “Şamaxı”), AZAL və “Kəpəz”in qapısını qoruyub.

Sumqayıtlı mütəxəssis Premyer Liqada çalışmağa da fürsət tapıb. 2022-ci ilin iyunundan dekabrınadək “Səbail”də Mahmud Qurbanovun köməkçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM