Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandası növbəti oyunda məğlub oldu.
Bakıda Serbiya ilə baş tutan qarşılaşmada rəqib 2:0 hesablı qələbəyə sevindi.
Samir Əliyevin yetirmələri bununla da 8-ci görüşdə 7-ci yenilgi ilə üzləşib, sonuncu pillədəki yerini qorudu.
Mllimizin aparıcı futbolçularından sayılan, komandamızın xeyrinə penalti qazandıran Abdulla Rzayev məğlubiyyəti Sportinfo.az-a şərh edib:
“Rəqibin oyununu təhlil edib, matça yaxşı hazırlaşmışdıq. Sonuncu ev oyunumuz idi deyə, qələbə qazanmaq istəyirdik.
Oyuna istədiyimiz kimi başladıq. Çoxsaylı qol imkanlarımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Qol imkanlarından birini dəyərləndirə bilsəydik, əminəm ki, sonluq başqa cür olacaqdı.
Biz vura bilmədik, əvəzində öz qapımızda gözləmədiyimiz qolları gördük. Deməyə başqa söz tapmıram.
Qrupda son iki görüşümüz qalıb. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, xal və qələbə sayını artıraq”.
Gənclər millimiz son iki matçda səfərdə Şimali İrlandiya (12 oktyabr) və İngiltərənin (15 oktyabr) qonağı olacaq.
HƏBİB