COP29

"Azərbaycan millisi bizə təzyiq göstərdi, bu işdə onlara özümüz kömək etdik"

11 Sentyabr 02:10 Milli komanda 353
"Azərbaycan millisi bizə təzyiq göstərdi, bu işdə onlara özümüz kömək etdik"

Slovakiyanın baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Sportinfo.az “Šport.sk” portalına istinadən xəbər verir ki, italiyalı mütəxəssis həm nəticədən razı qaldığını bildirib, həm də Azərbaycan millisi haqda fikirlərini söyləyib:

"Nəticədən razı qaldım. Amma oyunumuzdan o qədər də razı qalmadım.

Çünki ilk hissədə müdafiədə qorxunc oynadıq. Biz bu cür edə bilmərik.

Digər tərəfdən, hücumda hər şey yaxşı idi, çünki yenə çoxlu qol imkanları yaratdıq. Amma bu da kifayət etmir, çünki ilk növbədə müdafiə oyunumuz üzərində işləmək lazımdır.

Əlbəttə ki, nəticədən razıyam, amma onu da anlayıram, işlər bizim istədiyimiz kimi getməsə, mütləq yaxşı matç olmayacaq.

İki il əvvəl, Azərbaycanla oyundan (1:2) beş gün əvvəl komandanın yanında idim və demək olar ki, fəlakətli bir işə qarışmışdım.

Demək olar ki, hər şeyi düzəltməliydik. Əlbəttə ki, tez-tez baxılan ilk şey nəticələrdir, lakin bu halda səhv olardı.

Azərbaycan millisi İsveçə qarşı oynadıqlarından fərqli oynadı və bizə təzyiq göstərə bildilər.

Baxmayaraq ki, biz də bu işdə onlara bir az kömək etdik. Ancaq təbii ki, onların bizim üçün təhlükə yaratmaqları Azərbaycan millisinin gücündən xəbər verir".

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM