Slovakiya millisinin futbolçusu Ondrey Duda Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasına açıqlama verən təcrübəli yarımmüdafiəçi millimizə qol vurması barədə də danışıb:
"Koşitsedə ailəm və dostlarım var. Ona görə də bu matçda qol vurmaq mənim üçün xüsusi idi.
İnanıram ki, azarkeşləri sevindirdik. Biz nəticədən razıyıq. İki çətin oyundan sonra 6 xalımız var.
Bu dəfə Estoniya ilə müqayisədə daha effektli olduq".