İsveç komandasının baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqasının C1 qrupunun Azərbaycanla görüşündə futbolçularının hücumameyilli oyununu da qeyd edib.
Sportinfo.az “TV4 Nyheterna”ya istinadən xəbər verir ki, danimarkalı mütəxəssis millimizlə görüşü xatırlayaraq bu cür danışıb:
"Azərbaycanla oyundan sonra maraqlandım: hücumda düşündüyüm qədər yaxşıyıq, yoxsa çox optimistəm? 2015-ci ildən başlayaraq statistikanı yoxladıq.
Bu, 106 matçdır. Hücumların, topların geri qaytarılması, cərimə meydançasına ötürmələrin sayını təhlil etdik və nəticəyə gəldik ki, bu, İsveç millisinin bu 9 ildə ən yaxşı hücum oyunudur. Buna sevindim".