Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.
Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.
Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.
C Liqası, I qrup
20:00. Slovakiya - Azərbaycan 2:0
Qollar: Duda, 22 - pen, Strelets, 26
Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar (K), Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç
Ehtiyat oyunçuları: Rodak, Ravas, Pekarik, Vavro, Şatka, Bojenik, Benes, Tupta, Kozlovski, L. Sauer, Duriş, Bero
Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov (K), Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozan Can Kökçü, Renat Dadaşov
Ehtiyat oyunçuları: Rza Cəfərov, Yusif Imanov, Xəyal Nəcəfov, Şəhriyar Əliyev, Coşqun Diniyev, Emin Maxmudov, Ramil Şeydaev, Rüstəm Əhmedzadə, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Qismət Əliyev, Abbas Hüseynov
Baş hakim: Damian Silvestrjak (Polşa).
Koşitse, “Koşitse Futbol Arenası”.