COP29

Bbunu AFFA rəhbərliyinə başa salmaq olmur

7 Sentyabr 08:30 Milli komanda 1 277
Bbunu AFFA rəhbərliyinə başa salmaq olmur

Ölkəmizin milli komandası çoxdandır ki, 3-5 nəfərin əlində oyuncağa çevrilib.

Kimin əlinə keçirsə, oynamağa başlayır milli komandamızla. 15 il idi ki, AFFA-nın köhnə rəhbərliyi oynadırdı bu oyuncağı, yəqin 15 il də indikilər oynadacaq.

Santuş dünən bir az futbol oynatmaq istədi millimizə. İrəli getməyi tələb etdi futbolçularmızdan. 3 qol buraxandan sonra başa düşdü ki, "bu həna, o hənadan deyil". Bir ölkə futbolunun "topu, topxanası" yoxdursa, nə cür "müharibə" eləyə bilər ki, "böyük ordularla"...

Nə danışsaq da, təkrarçılıq, sözçülük olacaq. İllərboyu Elxan Məmmədovun ünvanına nələr demişiksə, indiki AFFA rəhbərliyinə də yapışır eyni fikirlər. Yenə həmin milli, yenə həmin yanaşma. Fərq adlardadır. Elxan Məmmədov Yurçeviç, de Byazi kimilərini urcah eləmişdi millimizə, indikilər də Santuşu oturdublar millinin başında.

Əslində, adlar şərtidir bu məsələdə. Zatən kim gəlsə, bundan bir az yaxşı və ya bir az pis ola bilər. Ciddi dəyişən bir şey olmayacaq. Bəla ondadır ki, bunu AFFA rəhbərliyinə başa salmaq olmur ki, heç nə dəyişməyəcəksə, əcnəbini neyləyirik... Uduzmağı elə özümüzünkü də bacarar da!

Bu xırda reallığı nə 15 ildə o birisilərə başa sala bildik, nə də indikilərə başa sala bilirik.

Santuşda zərrə qədər də günah yoxdur. Əksinə, portuqaliyalı mütəxəssis futbol oynatmağa çalışdı millimizə. 3-4 real qol epizodu yaratdıq, rəqibin hücumuna hücumla cavab verməyə çalışdıq.

Yazıq neyləsin ki, bu ölkədə futbolun olması üçün heç bir iş görülməyib bu günə qədər. Əliağa Vahid demişkən, Santuş bu soxa-soxda nə möcüzə icad eləsin?! (sportal.az)

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...