Dörd polşalı millimizin arxasınca Slovakiyaya göndərilir

6 Sentyabr 2024 14:20 Milli komanda 541
Dörd polşalı millimizin arxasınca Slovakiyaya göndərilir

Azərbaycan millisinin sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının II tur oyununun hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Koşitse Futbol Arenasında təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Damian Silvestrzak olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Koçanek yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!