Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş, bu il peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, veteran futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl mükafata layiq görülüb.
Ölkə futbolundakı xidmətlərinə görə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş “Zirə”nin hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) tərəfindən ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan milli komandasının forması təqdim edilib.
Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib, 4 qol vurub.