Millimiz İspaniyada Şotlandiyaya uduzdu

5 Sentyabr 2024 16:20 Milli komanda 864
Millimiz İspaniyada Şotlandiyaya uduzdu

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Elxan Abdullayevin çalışdırdığı kollektiv toplanış çərçivəsində sentyabrın 6-da Niderlandın, 9-da isə Uelsin U-19 komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2