Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirdilər

31 Avqust 2024 12:40 Milli komanda 830
Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirdilər

Slovakiyanın UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının 1-ci qrupu çərçivəsində oynanılacaq matçlara 27 futbolçu dəvət edib.

Qapıçılar: Martin Dúbravka, Marek Rodák, Henrich Ravas;

Müdafiəçilər: Peter Pekarík, Michal Tomič, Norbert Gyömbér, Denis Vavro, Ľubomír Šatka, Milan Škriniar, Adam Obert, Dávid Hancko, Samuel Kozlovský;

Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorný, Juraj Kucka, Ondrej Duda, László Bénes, Tomáš Rigo, Matúš Bero;

Hücumçular: Lukáš Haraslín, Dávid Ďuriš, Leo Sauer, Ľubomír Tupta, Ivan Schranz, Tomáš Suslov, David Strelec, Róbert Boženík.

Slovakiya millisinin Estoniya ilə görüşü sentyabrın 5-də olacaq. Slovakiya - Azərbaycan qarşılaşması isə sentyabrın 8-də Koşitse Futbol Arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti