"Millidə yerli məşqçi mütləq olacaq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bildirib.
Portuqaliyalı mütəxəssis məşqçilər korpusuna yerli məşqçi dəvət olacağını da deyib:
"AFFA rəhbərliyi ilə müzakirə aparırıq. Yəqin ki, yaxın günlərdə açıqlanacaq. Millidə yerli məşqçi mütləq olmalıdır".
Yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

