Azərbaycan millisinin baş məşqçisindən YENİ XƏBƏR - FOTO

29 Avqust 2024 20:40 Milli komanda 913
Azərbaycan millisinin baş məşqçisindən YENİ XƏBƏR - FOTO

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliyada xüsusi mükafata layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Liga Portugal Awards”ın seçiminə əsasən, 70 yaşlı mütəxəssis Portuqaliya futbolunun beynəlxalq uğurlarında ən çox töhfə verən simalardan biri kimi mükafatlandırılıb.

Fernandu Santuş bu ilin iyununda Azərbaycan millisinə baş məşqçi təyin olunub. O, 2016-cı ildə Portuqaliyaya Avropa çempionluğunu qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti