Millinin yeni baş məşqçisi Fernandu Santuşun Arif Əsədovu öz korpusunda görmək istəməməsinin səbəbi məlum olub.
Portuqaliyalı atdığı addıma AFFA rəsmiləri ilə görüşündə aydınlıq gətirib.
72 yaşlı çalışdırıcı bildirib ki, o, Əsədov barədə kifayət qədər məlumat toplayıb, uzun ilərdir yığmada işləməsindən, həmçinin müvəqqəti olaraq sükan arxasına keçməsindən xəbərdardır.
Vaxtilə ölkəsi ilə yanaşı, Yunanıstan və Polşa millilərinə də başçılıq etmiş Santuş deyib ki. Əsədovun qalması komandada iş nizamını pozacaq.
O, bu futbolçuları Albaniya və Qazaxıstanla yoxlama matçlarına çıxarıb. İndi komandada kim varsa, hamısı Arif Əsədovu baş məşqçi kimi görüb.
Millidə işləməyə davam etsəydi, futbolçular ona bu cür yanaşacaqdı. Mən belə istərmirəm, çünki düzgün deyil.
Millidə hər kəs görməlidir ki, yeni baş məşqçi gəlib və yalnız onu dinləmək lazımdır.
Yaxşı olar ki, Arif Əsədov özünü başqa yerdə sınasın. Baş məşqçi kimi işləyə bilər» - o, söyləyib.
SPORTİNFO.AZ

