Klubun birinci şəxsi AFFA-dakı görüşü gözləyir: "Büdcəmiz hələ dəqiqləşməyib"

18 İyul 2024 15:00 Milli komanda 1 210
Klubun birinci şəxsi AFFA-dakı görüşü gözləyir: "Büdcəmiz hələ dəqiqləşməyib"

«Klubumuzun büdcəsi və növbəti mövsüm hansı hədəflər uğrunda mübarizə aparacağımız hələ dəqiqləşməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib.

II Liqada çıxış edən klubun rəhbəri yaxınlarda bu məqsədlə AFFA mənsubları ilə görüşəcəyini bildirib:

«İcraçı vitse-prezident Sərxan Hacıyevlə söhbət edəcəyik. Onunla görüşdən sonra dəqiq biləcəyik ki, federasiya tərəfindən klublara nə qədər maliyyə yardımı ayrılacaq.

Həmçinin hərbi xidmətlə bağlı bəlli məsələlər var ki, onları da müzakirə edəcəyik. İşimizi buna əsasən quracağıq.

Komandamız artıq iki həftəyə yaxındır ki, yeni mövsümün hazırlıqlarına başlayıb. Bu dəqiqə bizdə gənclər çoxdur.

Cavadov adına akademiyanın yetirmələri yenə də üstünlük təşkil edir. Gedişata baxıb, planlarımızı konkretləşdirəcəyik.

Baş məşqçi və heyətlə bağlı məsələlərə yaxın vaxtlarda tam aydınlıq gəlməlidir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti