“Milli meydana qələbə üçün çıxmalıdır.
Rəqibdən asılı olmayaraq, bu, belə olmalıdır“.
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, millidən hansı nəticəni tələb edəcəkləri barədə bunları deyib:
“Fernandu Santuşla danışanda da hiss etdik ki, o, elə adamdır, məğlubiyyəti qəbul etmir. Amma oynadığımız qrupların reallığını da qəbul etməliyik.
Elə qrup ola bilər ki, biz ancaq birinci yer üçün oynamalıyıq. Elə komandalarla qrupa düşərik ki, reallığı nəzərə almalıyıq və nəticəni uğurlu və ya uğursuz qeydə alarıq”.