“Sabah”dan 11, “Qarabağ”dan 10, “Neftçi”dən 3 nəfər... AÇIQLANDI

21 İyun 2024 23:20 Milli komanda 2 552
“Sabah”dan 11, “Qarabağ”dan 10, “Neftçi”dən 3 nəfər... AÇIQLANDI

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının ikinci qrupunun Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı olacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-16 iyunun 22-dən 24-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Rüstəm Yarəhmədov, Rəşad Gülüşov, Toğrul Mehdizadə, Kamal Mustafazadə, Məhəmməd Mədətov, Nihad Cəfərov, Emil Məmmədov, Nihad Şirinzadə, Samir Şərifov, Renat Muştakov, Nicat Kərimzadə (hamısı "Sabah"), Nurəziz Əzizov, Rahib Əhmədzadə, Rüstəm Hüseynov (hamısı "Neftçi"), Ramal Qənbərov, Əli İsrafilov, Əli Cəlilzadə, Kamal Zülfüyev (hamısı "Sumqayıt") Bilal Hacıyev, Uğur Qurbanlı, Kəmaləddin Cəfərli, Polad Hüseynov, Amin Rzayev, Səid Nuriyev, Eldar Abbasov, Əli Bəşirov, Onur Əliyev, Murad İbrahimov (hamısı "Qarabağ")

Millinin birinci qrupu 18-20 iyun tarixlərində toplanış keçib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”