COP29

Millinin yeni baş məşqçisi bu suala iyulda aydınlıq gətirəcək

17 İyun 21:40 Milli komanda 855
Millinin yeni baş məşqçisi bu suala iyulda aydınlıq gətirəcək

Azərbaycan millisini bundan sonra Fernandu Santuş çalışdıracaq. Bu, məlumdur.

Məlum olmayan Avropa çempionuna kimlərin kömək edəcəyidir.

Baş məşqçinin təyinatı açıqlansa da, yığmada ona hansı əcnəbilərin və yerli mütəxəssislərin yardım edəcəyi barədə məlumat verilməyib.

Canni de Byazinin dönəmində Arif Əsədovla Kamran Ağayev millidəki yerli məşqçilər hesab olunurdu. Hətta italyan mütəxəssis istefa verəndən sonra Əsədov 6 ay baş məşqçi səlahiyyətlərini yerinə yetirdi.

Bundan sonra necə olacaq? Əsədovla Ağayev millidə qalacaq? Ümumiyyətlə, Santuş azərbaycanlı məşqçilərin xidmətinə ehtiyac duyacaq?

AFFA-nın mətbuat katibi Elnur Məmmədli Sportinfo.az-a açıqlamasında indiki məqamda sualın cavabsız qaldığını deyərək, bu məsələyə portəgiz çalışdırıcı Bakıya qayıdandan sonra aydınlıq gələcəyini bildirib.

Ölkəsinə qayıdan Fernando Santuş ölkəmizə iyulun ilk günlərində dönəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti