Azərbaycan millisinin “sükanı” Fernandu Santuşa tapşırıldı.
İyunun 12-də portuqaliyalı mütəxəssislə müqavilə imzalandı, ertəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Santuş fürsətdən istifadə edib paytaxtdakı stadionları ziyarət etməyə də fürsət tapdı. İstəyini həyata keçirmək üçün ona iki gün bəs etdi.
69 yaşlı çalışdırıcının Bakıdakı günləri üç günü əhatə edib. İyunun 12-də gəlib, 15-də vətəninə qayıdıb.
Fernandu Santuş ölkəmizə iyulun ilk günlərində qayıdacaq. Həmin vaxt bölgələrə səfərlər edəcək, digər məsələlərlə bağlı məlumatlandırılacaq və təbii ki, avrokuboklardakı təmsilçilərimizin çıxışını izləyəcək.
HƏBİB / SPORTİNFO.AZ

