COP29

AFFA-dakı bu adam nə yaşından utanır, nə də başındakı saçın rəngindən

14 İyun 21:00 Milli komanda 4 678
AFFA-dakı bu adam nə yaşından utanır, nə də başındakı saçın rəngindən

Azərbaycan futbolunda illər su kimi axıb gedir.

Dəyişən isə nəsə yoxdur.

Bataqlıq iyi hər keçən gün artır.

Son 20 ildə 7-ci dəfə ölkənin əsas millisi əcnəbi mütəxəssisə tapşırıldı.

Rəhmətlik Karlos Alberto Torreslə başlayan xarici sevdası Fernandu Santuşla davam edəcək.

Hələki milyonların xərclənməsinə şahidlik edirik.

7 gəlmə əlbir olub bizlərə normal bir uğur yaşada bilməyib.

Rəhmətlik Ramiz Mirzəyevlə başlayan yol Rövnəq Abdullayevdən sonra Rövşən Nəcəf tərəfindən davam etdirilir.

Adlar dəyişir, təfəkkür olduğu kimi davam edir.

Təkcə federasiya başqanlarında yox.

AFFA-da oturan futbol adamları da rəhbər şəxslər qədər futbolumuza qənim kəsiliblər.

Məsələn, Məşqçilər Komitəsinin üzvü olan şöhrət ordenli Ağasəlim Mircavadov kimi.

Nə yaşından utanır, nə də başındakı saçın rəngindən.

Braziliyalıdan italiyalıya kimi müxtəlif millətlərdən olan baş məşqçilərin millimizdəki uğursuzluqlarına yaxından şahid olan adam gördüklərini, fikirləşdiklərini dilinə gətirmir.

Əminəm ki, o da yeni rəhbərliyin köhnələr kimi yanlış yolda olduqlarını əlinin içi kimi bilir. Amma dilə gətirmir.

Adam da 76 yaşında bu qədər qorxaq olar?

Ötənlərin məşhur baş məşqçisi AFFA-nın binasında çevrilib olub baş tamada.

Onun portuqaliyalı mütəxəssisin təyinatına verdiyi reaksiyaya başqa ad tapa bilmədim.

Sitat: "Vallah, mən düşünürəm ki, Fernandu Santuş Canni de Byazidən uğurlu olar. Çünki Santuşun futbol anlayışı tam başqadır. Razılıq əldə olunubsa, bizə də xeyirli olsun demək düşər. Nə kömək lazım olsa, biz edəcəyik".

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?