COP29

Azərbaycan millisinin yeni baş məşqçisi – Başqa nə etməlidir?

13 İyun 23:00 Milli komanda 879
Azərbaycan millisinin yeni baş məşqçisi – Başqa nə etməlidir?

Azərbaycan – Monqolustan 1:0

Azərbaycan – Bolqarıstan 1:1

Albaniya – Azərbaycan 3:1

Azərbaycan – Qazaxıstan 3:2

Bu, Arif Əsədovun baş məşqçisi olduğu Azərbaycan seçməsinin 2024-cü ildə göstərdiyi nəticələrdir.

Arif bəyin yerində əcnəbi mütəxəssis olsaydı nə deyərdi? Deyərdi ki, Bolqarıstan kimi rəqibə məğlub olmamışıq,

AVRO-2024-ün iştirakçısı Albaniya ilə normal futbol oynayıb qol vurmuşuq, indiyə qədər 11 oyunda 3 dəfə udduğunuz Qazaxıstanla qarşılaşmada geridönüş edib inamlı qələbə qazanmışıq.

Və ən əsası 4 matçda 6 dəfə fərqlənmişik. Əsədov sinəsini qabağa verib “mənəm-mənəm” demədən üzərinə düşən işi gördüyünü bildirdi.

Yəni, yığmanın başında əcnəbi mütəxəssis də olsaydı, ən yaxşı halda bu nəticələrə imza atacaqdı. Bəlkə bunu da edə bilməyəcəkdi. Çünki bu heyətlə bu futbolçularla artığını bacarmaq mümkün deyil.

Əsədov qısa müddətdə yığmanın xarici baş məşqçiyə ehtiyac duymadığını göstərmiş oldu. Qrupda 3-5, uzağı 7-8 xal toplamağı azərbaycanlı məşqçi də bacaracaq.

Avropadan gələn ən yaxşı halda - o da möcüzə baş versə - 6 komandalı qrupda 4-cü yerlə kifayətlənəcək.

Azərbaycanlı məşqçinin çalışdırdığı komanda Bolqarıstanla heç-heçə oynayıb, Qazaxıstanı udmağı bacarırsa, kənardan kimisə gətirməyə ehtiyac yoxdur. Şans verin, Arif Əsədovun rəhbərlik etdiyi məşqçilər korpusu işləsin.

Heç olmasa bir seçmə mərhələ imkanı yaradın. Adam 4 ildir millinin içindədir, kimin nəyə qadir olduğunu bilir, daxili ab-havanı nizamlamağı bacarır, döyüşkən kollektiv yaradıb.

Dünənə qədər əcnəbi məşqçi planı quranlar üçün Qazaxıstanla matç bu sevdanı unutmaq üçün əsl fürsət oldu. Millinin yeni baş məşqçisi gözünüzün qarşısındadır, başqasına gərək yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?