COP29

"Azərbaycan millisində müdafiədə səhvlər, müəyyən problemlər var"

11 İyun 01:00 Milli komanda 535
"Azərbaycan millisində müdafiədə səhvlər, müəyyən problemlər var"

Azərbaycan milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, qazaxıstanlı futbol veteranı Bulat Esmaqambetov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

"Sport.kz" saytına danışan mütəxəssis Azərbaycan yığmasının hücum potensialının yaxşı olduğunu bildirib:

"Azərbaycan millisi çox yaxşı hücum qrupuna malikdir. Amma müdafiədə səhvlər, müəyyən problemlər var.

Qazaxıstan millisinin ön xəttində qol vuran futbolçuları az olsa da, son zamanlar müdafiə çox yaxşı görünür.

Hücumameyilli Azərbaycanla, əsasən, əks-hücumlarda oynayacaq Qazaxıstan yığması arasında qarşıdurma olacaq.

Azərbaycanlılar texniki baxımdan yaxşıdır, hücumda oynamağı sevirlər, müdafiəni xüsusilə sevmirlər.

Bu komandalar təxminən eyni səviyyədədir. Kim öz şansından daha yaxşı istifadə etsə, o qalib gələcək".

Azərbaycan - Qazaxıstan matçı sabah Bakı vaxtilə saat 18:00-da Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"