"Azərbaycana qarşı oyunumuzdan narazı qaldım, hazırda pis emosiyalar keçirirəm"

9 İyun 2024 01:00 Milli komanda 907
"Azərbaycana qarşı oyunumuzdan narazı qaldım, hazırda pis emosiyalar keçirirəm"

Slovakiyanın U-21 yığma komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycan üzərində yoldaşlıq görüşündə qazanılan qələbəni (3:2) şərh edib.

Sportal.az xəbər verir ki, yerli futbol federasiyasının rəsmi saytına danışan slovakiyalı mütəxəssis bunları deyib:

“Azərbaycanla matçda iki fərqli hissə izlədik. Birinci hissə yaxşı keçdi, ikinci hissədə isə diqqət etməli məqamlar oldu. Ümumilikdə Azərbaycana qarşı oyunumuzdan narazı qaldım. Hazırda pis emosiyalar keçirirəm, çünki ikinci hissədə oyunumuz çox pis keçdi və bu, mənim matçla bağlı təəssüratımı korladı”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO