Millimiz üçün Avropa çempionatı başa çatdı

6 İyun 2024 20:50 Milli komanda 1 432
Millimiz üçün Avropa çempionatı başa çatdı

Minifutbol üzrə milli komandamız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.

Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha güclü olan Qazaxıstan (7:6) millisi yarımfinala çıxıb.

Yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO