Millimiz 1/4 finalda - YENİLƏNİB

5 İyun 2024 20:50 Milli komanda 1 166
Millimiz 1/4 finalda - YENİLƏNİB

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək pley-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan olub. Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, 1/4 finalda millimizinh rəqibi Qazaxıstan olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO