Bosniyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur.
Sportinfo.az xəbər verir ki, milli komandamız F qrupunda sonuncu görüşdə Fransa millisi ilə qarşılaşıb. Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.
Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.
Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

