Azərbaycam - İtaliya matçının qəhrəmanı "Sportinfo"ya danışdı: "Düşündüm ki..."

4 İyun 2024 18:00 Milli komanda 801
Azərbaycam - İtaliya matçının qəhrəmanı "Sportinfo"ya danışdı: "Düşündüm ki..."

Minifutbol üzrə Azərbaycan millisi Macarıstanda keçirilən Avropa çempionatında uğurlu çıxışını davametdirir.

Qrup mərhələsinə Belçika üzərində inamlı qələbə (3:0) ilə başlayan yığmamız ikinci oyununda isə İtaliya yığmasını məğlub etməyi bacarıb - 2:1.

Komandamızın üzvü Mirmehdi Rzayev Sportinfo.az-a açıqlamasında son qələbə barədə danışıb:

"Rəqib çox sıx, kompakt müdafiə olunurdu. Eynən futzaldakı kimi. Bundan əlavə meydança amili hələ də bizə narahatlıq yaradır. Bütün bunlara rəğmən şükürlər olsun ki, qələbə qazandıq".

O, vurduğu qələbə qolundan da söz açıb:

"Azərbaycanda keçirilmiş Heydər Əliyev adına turnirdə də İtaliya yığmasına qarşı oynamışdıq. Həmin matçda da oxşar epizod olmuşdu. Düşündüm ki, belə bir zərbə vursam qol olacaq (gülür). Sevinirəm ki, elə də oldu. Top qapıya daxil oldu və qələbə qolunu vurdum".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti