Azərbaycan bu gün Fransa ilə qarşılaşacaq - Avropa çempionatında

4 İyun 2024 14:20 Milli komanda 767
Azərbaycan bu gün Fransa ilə qarşılaşacaq - Avropa çempionatında

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.

Sportinfo.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.

Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.

Hazırda komanda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti