"Biz Azərbaycan millisini qiymətləndirməyə bilmərik, çünki..."

4 İyun 2024 09:00 Milli komanda 983
"Biz Azərbaycan millisini qiymətləndirməyə bilmərik, çünki..."

Slovakiyanın U-21 yığma komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycan (7 iyun) və Moldovaya (11 iyun) qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, yerli federasiyaya danışan slovakiyalı mütəxəssis bu cür danışıb:

"Azərbaycan bə Moldova komandalarını qiymətləndirməyə bilmərik. Bu rəqiblər, məsələn, payızda qarşılaşdığımız ispanlar və ya danimarkalılardan fərqli olaraq bizimlə görüşdə özlərini sınayacaqlar.

Öz oyunumuzu qurmağa davam edirik və əminəm ki, bu dəfə daha yaxşı olacağıq".

Slovakiya - Azərbaycan oyunu Senetsdə keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO