İtaliyanı məğlub etdiyimiz oyundan VİDEO+FOTOREPORTAJ

4 İyun 2024 02:00 Milli komanda 725
İtaliyanı məğlub etdiyimiz oyundan VİDEO+FOTOREPORTAJ

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.

İtaliya ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Millimizin İtaliya millisi ilə keçirdiyi matçın icmalını təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti