Millimizdən Avropa çempionatında uğurlu start

2 İyun 2024 15:00 Milli komanda 945
Millimizdən Avropa çempionatında uğurlu start

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO