Yığma "Neftçi"nin ikinci komandası ilə bərabərə qaldı

31 May 2024 02:30 Milli komanda 1 152
Yığma "Neftçi"nin ikinci komandası ilə bərabərə qaldı

U-19 Milli Komandaların Təlim-Məşq Mərkəzində “Neftçi-2” ilə qarşılaşıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində qolu 45+1-ci dəqiqədə Niyazi Osmanov vurub.

Millimiz iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO