“Avropa çempionu kimi Azərbaycana qayıtmaq istəyirik” – Millimizin kapitanı

28 May 2024 01:00 Milli komanda 614
“Avropa çempionu kimi Azərbaycana qayıtmaq istəyirik” – Millimizin kapitanı

"Məqsədimiz maksimum nəticə əldə etməkdir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin kapitanı Seymur Məmmədov yığmanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandada ab-havanın yaxşı olduğunu bildirib:

"Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Məşqçilərimiz hər detalların üzərində işləyirlər.

Avropa çempionatına hazırıq. Biz son Avropa çempionu kimi bu turnirə qatılırıq.

Məqsədimiz maksimum nəticə əldə etməkdir. Avropa çempionu kimi Azərbaycana qayıtmaq istəyirik".

Millimiz iyunun 1-dən 8-ə kimi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO