COP29

Təmkin Xəlilzadə Avropa çempionatı üçün açıqlanan heyətdə

27 May 14:20 Milli komanda 572
Təmkin Xəlilzadə Avropa çempionatı üçün açıqlanan heyətdə

Azərbaycanın minifutbol millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Millimiz iyunun 1-dən 8-ə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Qapıçılar: Vəli Qafarov (“Birbaşa Bakı”), Davud Kərimi (“Zirə”)

Müdafiəçilər: Müseyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”)

Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Kamran Qürbətov (“Aznur”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”);

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov, Rəvan Kərimov, Samir Həmzəyev (hamısı “Zirə”)

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"