İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.
Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq.
U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
| S | AD/SOYAD | KLUB |
| 1 | Sadiq Məmmədzadə | Səbail |
| 2 | Nicat Qaragözlü | Neftçi |
| 3 | Murad Ağamalıyev | Sumqayıt |
| 4 | Hüseyn Hüseynov | Turan Tovuz |
| 5 | Nihad Əliyev | Qarabağ |
| 6 | Kənan Feyziyev | Sumqayıt |
| 7 | Rəvan Qaraəhmədov | Zirə |
| 8 | Nadir Orucov | Sumqayıt |
| 9 | Vüsal Paşayev | Sumqayıt |
| 10 | Surxay Nəbiyev | Neftçi |
| 11 | Emil Bünyadzadə | Qarabağ |
| 12 | Elgün Dünyamalıyev | Sabah |
| 13 | İlkin Cəfərli | Sabah |
| 14 | İlkin Budaqov | Qəbələ |
| 15 | Qədir Ramazanov | Qəbələ |
| 16 | Şahin İbrahimov | Sabah |
| 17 | Sənan Muradlı | Sumqayıt |
| 18 | Əşrəf Ələkbərli | Qarabağ |
| 19 | Murad Məmmədov | Neftçi |
| 20 | Elton Mikayılov | Qarabağ |
| 21 | Raul Zeynallı | Səbail |
| 22 | Nihad Əhmədzadə | Sumqayıt |
| 23 | Niyazi Osmanov | Sabah |
| 24 | Toğrul Tapdıqlı | Sumqayıt |

