COP29

Azərbaycan Qazaxıstan, Türkiyə və Moldova ilə üzə-üzə gələcək

21 May 00:50 Milli komanda 376
Azərbaycan Qazaxıstan, Türkiyə və Moldova ilə üzə-üzə gələcək

Azərbaycan U-19 millisi iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Oyunların təqvimi aşağıdakı kimidir:

4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"