COP29

Millinin yeni baş məşqçisi ilə şəxsən özü danışacaq - AFFA prezidenti

20 May 13:00 Milli komanda 2 327
Millinin yeni baş məşqçisi ilə şəxsən özü danışacaq - AFFA prezidenti

Millinin yeni baş məşqçisinin adı yaxın günlərdə rəsmən açıqlanacaq.

Saytımıza bununla bağlı mötəbər mənbələrdən məlumat daxil olub.

Redaksiyamıza ötürülən informasiyaya görə, AFFA prezidenti Rövşən Nəcəfin Vladimir Vayssla görüşü nəzərdə tutulub.

Hazırda «Slovan»ı çalışdıran slovakiyalı mütəxəssislə növbəti görüş Bakıda baş tutacaq. Toplantı məhdud dairədə təşkitl olunacaq.

Burada müqavilənin müddəti və qarşıya qoyulan hədəflər masaya yatırılacaq. Daha sonra Vayssın namizədliyi AFFA İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılacaq.

Hələlik onu deyə bilərik ki, şərqi avropalı çalışdırıcı millimizin sükanı arxasına ən yaxın şəxsdir.

60 yaşlı çalışdırıcı indi «Slovan» rəhbərliyinin güzəştə getməsini gözləyir. Həm ona, həm də AFFA-ya.

İş ondadır ki, Bratislava klubu 2022-ci ildən burada işləyən Vayssla elə-belə vidalaşmaq istəmir. Ondan ötrü AFFA-dan təzminat tələb edirlər.
Bu məbləğ bir neçə yüz min avrodur. Federasiya «Slovan»nın kompensasiyanın miqdarını aşağı salmasına çalışsa da, hələlik buna müvəffəq olmayıb.

AFFA 60 yaşlı sükançıya 4 illik (2+2) illk müqavilə təklif eləyib.

Vayss məşqçilik karyerasına “Artmedia”da başlayıb. 10 il Petrjalka təmsilçisini (1996-2006) çalışdırıb.

Növbəti ili Rusiyada – “Saturn”da keçirib. 2007-ci ildə yenidən “Artmedia”ya qayıdıb,

2008-ci ildə isə Slovakiya yığmasının sükanı arxasında əyləşib. 2011-ci ildə millini “Slovan”a dəyişib.

2013-2015-ci illər aralığında “Kayrat”da (Qazaxıstan) fəaliyyət göstərib. 2016-2020-ci illəri Gürcüstan kopmandasında keçirib.

2021-ci ildən bu tərəfə “Slovan”da işləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!