Millimiz Macarıstanda 2 saat tez meydana çıxacaq

14 May 2024 13:20 Milli komanda 1 021
Millimiz Macarıstanda 2 saat tez meydana çıxacaq

Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Azərbaycan komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO