COP29

Millimizi çalışdırmağa namizəd Bakıya gəlir – SON DƏQİQƏ

13 May 13:00 Milli komanda 6 773
Millimizi çalışdırmağa namizəd Bakıya gəlir – SON DƏQİQƏ

Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olan Vladimir Vayssın bu gün ölkəmizə gəlməsi gözlənilir.

Bu haqda AFFA-dan məlumat əldə etmişik.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, slovakiyalı mütəxəssisə yaxınlarda belə bir təklif göndərilib və o, Bakıya səfər etməyə razılıq verib.

Vayssın burada AFFA rəhbərliyi ilə görüşü nəzərdə tutulub.

Slovakiya mətbuatında yazılan xəbərlərin əksinə olaraq, o, ölkəmizdə çalışmağa mənfi yanaşmır.

Yaxınlarda paytaxt Bratislavada AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşmüş mütəxəssis millimizin sükanı arxasına keçməyə həvəs göstərir.

60 yaşlı çalışdırıcı indi «Slovan» rəhbərliyinin güzəştə getməsini gözləyir. Həm ona, həm də AFFA-ya.

İş ondadır ki, Bratislava klubu 2022-ci ildən burada işləyən Vayssla elə-belə vidalaşmaq istəmir. Ondan ötrü AFFA-dan təzminat tələb edirlər.
Bu məbləğ bir neçə yüz min avrodur. Federasiya «Slovan»nın kompensasiyanın miqdarını aşağı salmasına çalışsa da, hələlik buna müvəffəq olmayıb.

AFFA 60 yaşlı sükançıya 4 illik (2+2) illk müqavilə təklif eləyib.

Vayss məşqçilik karyerasına “Artmedia”da başlayıb. 10 il Petrjalka təmsilçisini (1996-2006) çalışdırıb.

Növbəti ili Rusiyada – “Saturn”da keçirib. 2007-ci ildə yenidən “Artmedia”ya qayıdıb,

2008-ci ildə isə Slovakiya yığmasının sükanı arxasında əyləşib. 2011-ci ildə millini “Slovan”a dəyişib.

2013-2015-ci illər aralığında “Kayrat”da (Qazaxıstan) fəaliyyət göstərib. 2016-2020-ci illəri Gürcüstan kopmandasında keçirib.

2021-ci ildən bu tərəfə “Slovan”da işləyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...