COP29

“O, Azərbaycan millisindən təklifi aldığını mənə bildirdi, ancaq burada qalmaq istəyir”

11 May 23:20 Milli komanda 1 067
“O, Azərbaycan millisindən təklifi aldığını mənə bildirdi, ancaq burada qalmaq istəyir”

"Slovan”ın (Slovakiya) idman direktoru İvan Kmotrik komandanın baş məşqçisi Vladimir Vayssın Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 60 yaşlı mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib.

Lakin o, baş məşqçinin Bratislava təmsilçisində qalacağını bildirib:

“Vayss aldığı təklifi mənə bildirdi. Biz bu mövzunu birlikdə danışdıq.

Söhbətimizdən məlum oldu ki, baş məşqçi “Slovan”da qalıb işləmək istəyir. Onun Bakıya gedəcəyi doğru məlumat deyil.

Hazırda Slovakiyadakı evindədir. Klubun böyüməsi üçün bəzi dəyişikliklər lazımdır və biz Vayssdan razıyıq.

“Slovan”ın gələcək fəaliyyəti ilə bağlı müzakirələr gedir və inanıram ki, bütün məsələlər tez həll olunacaq. Müzakirələrin müsbət nəticə verəcəyinə inanıram.

Vayssa tam güvənirəm. İnanıram ki, biz birlikdə yeni mövsüm üçün güclü və keyfiyyətli komanda qurub, yenidən uğurlar qazanacağıq”.

Azərbaycan mətbuatında Vladimir Vayssın yaxın günlərdə Bakıya gələrək AFFA ilə danışıqları yekunlaşdıracağı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!