COP29

Yığmamızda oynamış əcnəbi: “Mənə görə milliləşdirmək olar, ancaq...”

9 May 21:00 Milli komanda 521
Yığmamızda oynamış əcnəbi: “Mənə görə milliləşdirmək olar, ancaq...”

“Bu təcrübəyə dünyanın az qala bütün ölkələrində rast gəlmək olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının və AZAL-ın sabiq müdafiəçisi Usim Nduka deyib.

Vaxtilə millimizin heyətində çıxış etmiş nigeriyalı bildirib ki, legionerlərin Azərbaycan millisinə dəvət olunması futbol ictimaiyyətində qıcıq doğurub:

“Onlardan biri də mən idim. Azərbaycan millisində əcnəbilərin oynaması normaldır? Elə isə İngiltərə millisinə baxın, görün, nə qədər qaradərili var.

Məgər onlar əslən britaniyalılardır? Xeyr. Türkiyə yığmasında da əcnəbilər oynayıb.

Mənə görə milliləşdirmək olar, ancaq həmin futbolçuların səviyyəsi yerlilərdən qat-qat üstün olmalıdır”.

Usim Nduka tarixin yaddaşına qovuşmuş AZAL-ın heyətində ən çox oyun keçirən futbolçu olsa da, azarkeşlər onu daha çox Berti Foqtsun Azərbaycan millisinə dəvət etdiyi yerli pasporta sahib əcnəbi kimi xatırlayır.

Afrikalı 2004-2013-cü illər aralığında AZAL-ın şərəfini qoruyub, 1 illik “Tavşanlı Linyitspor” karyerasının ardınca Azərbaycana qayıdaraq “Simurq”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti