COP29

Millimizi çalışdırmağa namizəd: “İndiki, sakit olmayan dövrdə hardasa işləmək istəmirəm”

4 May 22:40 Milli komanda 494
Millimizi çalışdırmağa namizəd: “İndiki, sakit olmayan dövrdə hardasa işləmək istəmirəm”

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri sayılan Stanislav Çerçesovun mümkün təyinatına münasibəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu 60 yaşlı rusiyalı mütəxəssisin özü açıqlayıb.

O vurğulayıb ki, ölkəsindən kənarda çalışmaq istəmir:

“Xaricdən zənglər, mesajlar gəlir ki, görüşmək, danışmaq lazımdır. Amma indiki, sakit olmayan dövrdə hardasa işləmək istəmirəm.

Öz ölkəmdə çalışmaq, faydalı olmaq istəyirəm. Amma hazırda bu mövzuda ciddi söhbət yoxdur”.

Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti